Bakıda Yeni Günəşli qəsəbəsində aparılan tikinti zamanı qaldırıcı kran aşıb.
Bu barədə oxucularımız Baku.ws-in "qaynar xətti"nə videolar göndərib.
Hadisə şahidlərinin sözlərinə görə, kran texniki nasazlıq səbəbindən aşıb.
Qəza nəticəsində ölən və xəsarət alan olmayıb.