Futbol millimizin seçmə mərhələnin son iki oyunu üçün heyəti açıqlanıb - Bir debütant var » Median.Az - Bütün xəbərlər bir ünvanda


Futbol millimizin seçmə mərhələnin son iki oyunu üçün heyəti açıqlanıb - Bir debütant var
Milli komandamızın heyəti açıqlanıb.

Baş məşqçi Nikola Yurçeviç 24 futbolçuya dəvət göndərib.

“Keşlə”nin hücumçusu Vüsal İsgəndərli ilk dəfə yığmaya dəvət alıb.

Qapıçılar: Səlahət Ağayev (“Neftçi”), Emil Balayev (“Tobol”, Qazaxıstan), Mehdi Cənnətov (“Sumqayıt”);

Müdafiəçilər: Abbas Hüseynov, Bədəvi Hüseynov, Maksim Medvedev (hər üçü “Qarabağ”), Şəhriyar Əliyev (“Sumqayıt”), Anton Krivotsyuk (“Neftçi”), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna), Şəhriyar Rəhimov (“Səbail”), Təmkin Xəlilzadə, Bəhlul Mustafazadə (hər ikisi “Sabah”);

Yarımmüdafiəçilər: Qara Qarayev, Rişard Almeyda, Araz Abdullayev (hər üçü “Qarabağ”), Emin Mahmudov (“Neftçi”), Dmitri Nəzərov (“Ertsqebirqe” , Almaniya), Cavid Hüseynov (“Zirə”), Eddi İsrafilov (“Albasete”, İspaniya);

Hücumçular: Ağabala Ramazanov (“Səbail”), Ramil Şeydayev (“Dinamo”, Rusiya), Rüfət Dadaşov (“Proyssen”, Almaniya), Renat Dadaşov (“Pasuj di Fereyra”, Portuqaliya), Vüsal İsgəndərli (“Keşlə”).

Qeyd edək ki, yığmamız Avro-2020-nin seçmə mərhələsində noyabrın 16-da Uelsi qəbul edəcək, 19-da isə Trnava şəhərində Slovakiyanın qonağı olacaq. Komandamız bu oyunlara hazırlıq məqsədilə noyabrın 11-dən 16-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.
/oxu.az/скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          606 08.11.19 17:08