Bakıda yazıb-oxumağı bilməyən qadının adına milyonluq şirkət açdılar - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Bakıda yazıb-oxumağı bilməyən qadının adına milyonluq şirkət açdılar - FOTO

Bakıda oxumağı bilməyən qadının adına 4.2 milyon manat dövriyyəsi olan şirkətlər açılıb.

Bu barədə Qafqazinfo-ya müraciət edən Esmira Nuriyeva bildirib ki, Binəqədi rayonunda yaşadığı həyət evində ötən il onlara qonşu olan evdə kirayə yaşayan Çingiz və onun arvadı Dilarə ilə tanış olub:

“Bir müddət sonra onlar şəhərin mərkəzinə köçdülər. 2018-ci ilin iyun ayında Dilarə mənə zəng edib dedi ki, “gəl bir sənəd var, ona qol çək, sənin adına hesab açılıb, bir saat sonra bağlanacaq, sən də 300 manat alacaqsan”.

Mən də pula görə razılaşdım, ərim 15 ildir İranda xəstəxanada yatır, onun müalicəsi üçün pul lazım idi. Gəlinimlə qızımı da götürüb getdim. Mən də, gəlinim də oxuya bilmirik, gəlinim heç məktəbə də getməyib. Qızım oxumağı bilir, amma həmin vaxt onun 17 yaşı təzə olmuşdu deyə onu qəbul etmədilər. Biz bilmədiyimiz sənədlərə qol çəkib 300 manatı alıb gəldik.

2019-cu il avqust ayında İrana ərimin yanına gedəndə məni sərhəddə buraxmadılar, dedilər “STOP”un var, adına beş şirkət var, onların xeyli borcu var. Mən gəlib Dilarəyə zəng etdim, dedi ola bilməz, o sənədlər bağlanıb. Sonra bunların dostu olan Şaiq adlı şəxslə görüşdük, o da dedi ki, sənədləri Eminağa adlı biri götürüb gedib, ona görə şirkətləri bağlaya bilmirlər.

Mənə dedilər ki, get, Eminağadan şikayət elə. Mən də elə bir adam tanımıram, məni ora Çingiz aparıb, sənədlərə də o qol çəkdirib. Mən sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gedib sənədlərimi verdim, məndən izahat almadılar, 10 gün sənədlərim orada qaldı, vermirdilər. Axırda çox səs-küy salandan sonra sənədlərimi verdilər”.

E.Nuriyeva əlavə edib ki, onun adına şirkət açılan zaman Çingiz həmin idarəyə 40-a yaxın başqa adamlar da gətirdib, həmin şəxslərin də adına bir neçə MMC açılıb.

Şikayətçinin bizə təqdim etdiyi sənədlərdən görünür ki, onun adına açılan “Buttolo”, “Ceyson-TT”, “Dikson-N.N”, “Brayner – S.S”, “Lesnek-2018” şirkətinin hər birinə Vəliyev Etibar İsbəndiyar oğlu direktor təyin olunub.

Bu şirkətlər üçün “Bank BTB”-də açılan hesabların çıxarışlarından görünür ki, 10 aylıq dövriyyə “Brayner – S.S”-də 1,4 milyon manat, “Ceyson-TT”-də 183 min manat, “Buttolo”da 512 min manat, “Lesnek-2018” 62 min manat, “Dikson-N.N”-də 1,7 milyon manat olub.

Yazıda adı hallanan Çingiz adlı şəxsin nömrəsinə zəng çatmayıb, onun həyat yoldaşı Dilarə adlı qadın isə sualımıza aqressiv cavab verərək, “Esmira hara istəyir şikayət etsin, mən ona firma açdırmamışam” deməklə kifayətlənib.

E.Nuriyeva bildirib ki, Çingiz və Dilarə bu işlər məşğul olandan sonra varlanıblar və Çingiz hələ də bu işləri davam etdirir:

“Bir neçə gün əvvəl vergi işçisi ilə məni səhv salıb səhvən zəng etmişdi, dedi “bir-iki sənəd var, gətirim onları da həll edək”.

Esmira Nuriyeva deyib ki, Daxili İşlər naziri Vilayət Eyvazova və Bakı şəhər prokuroru İlqar Abbasova müraciət edəndən sonra araşdırmalara başlanılıb:

“İki gün əvvəl prokurorluqdan zəng edib dedilər ki, sizin şikayəti Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə tapşırmışıq, onlar araşdıracaq. Mən hüquq-mühafizə orqanlarından xahiş edirəm ki, bu adamları tapsınlar, mənim adıma açılan şirkətlərin vergi borcunu ödətdirsinlər ki, mən gedib ərimi görə bilim. Həmin adamlar da bu işlərə görə cəzalarını alsınlar”.










скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 716 08.11.19 14:33