Bakının Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyatı hadisəsi baş verib.
Median.Az-ın APA-ya istinadən məlumatına görə, qəza Köhnə Günəşli qəsəbəsində qeydə alınıb.
Marketin yaxınlığında minik avtomobili yolu keçmək istəyən 1983-cü il təvəllüdlü Əliyeva Ramilə İsrail qızını vurub. Hadisəni törədən sürücü ərazidən yayınıb.
Yaralı xəstəxanaya çatdırılıb. Ona dizin əzilmiş yarası və bədənin küt travması diaqnozu qoyulub.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.