Ağstafada 7 yaşlı uşağı ehtiyatsızlıqdan xəsarət alıb.
Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun dağlıq ərazisində qeydə alınıb.
2012-ci il təvəllüdlü Eyyubov İlqar Əli oğlu sözügedən ərazidə at minərkən yıxılıb.
Azyaşlı xəstəxanaya yerləşdilib. Xəstənin vəziyyətinin orta-ağır olduğu bildirilir.