Yasamal rayonu ərazisindəki evlərin birindən seyf oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.
Median.Az ölkә.az-a istinadən bildirir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 30-da rayon ərazisindəki evlərin birindən içərisində 10.000 manat olan seyfi oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş O.Orucov və Abşeron rayon sakini X.Rəsulov saxlanılıblar.