"Maşın" bitdi" - Murad Dadaşov » Median.Az - Bütün xəbərlər bir ünvanda


"Maşın" bitdi" - Murad Dadaşov
Xalq artisti Murad Dadaşov "Maşın" realiti-şousunun artıq bitdiyini açıqlayıb.

Median.Az
axşam.az-a istinadən xəbər verir ki, şoumen bu haqda "MTV Azərbaycan"a müsahibəsində deyib.

"Maşın"ın tarixi bitdi. Mənim üçün geridə qalmış bir layihədir. Yeni layihələrə başlayıram. İnanmıram yaxın zamanlara qədər bu şou yenidən olsun. "Maşın" bitdi.

Yeni işlərə, nəfəsə ehtiyac var. 2020-ci ilin layihələrini gündəmə gətirəcəyik. Hətta onlardan birində aparıcı da olacam" deyə, Dadaşov söyləyib.
скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          769 07.11.19 20:28