Şamaxıda maşın dərəyə aşdı, sürücü ağır vəziyyətdə Bakıya göndərilir » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:54 Taxta bazarına nə qədər ziyan dəyib?  |     19:48 İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var  |     19:17 Bakıda hoteldə yanğın başlayıb  |     19:00 Türkiyə XİN: “Azərbaycanla Ermənistan arasında əldə olunan razılaşma sülh sazişi üçün mühüm addımdır”  |     18:48 Azərbaycan və Pakistan iki saziş hazırlayır  |     18:33 Bank sektorunun aktivləri ilk rübdə 241 milyon manatdan çox azalıb  |     18:16 13 yaşlı uşaq ehtiyatsızlıqdan Ceyranbatan su kanalına düşüb  |     17:15 Almaniya XİN-dən Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılığa REAKSİYA  |     16:59 Bakıda taxta bazarı yanır  |     16:49 Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO  |     16:41 Rusiya sülhməramlıları Azərbaycandan getmək üçün Goranda toplaşdılar  |     16:30 Bakıda əyləncə mərkəzində yanğın - VİDEO  |     16:12 Moskva yaxınlığında azərbaycanlı iş adamı güllələndi: Qətl sifarişini qadın verib? - VİDEO  |     16:08 Bakıda daha bir müntəzəm marşrut xətti “BakuBus”a verilib  |     14:57 Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər  |     14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |     14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |     14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |    

Şamaxıda maşın dərəyə aşdı, sürücü ağır vəziyyətdə Bakıya göndərilir

Şamaxı-Göylər-Padarçöl avtomobil yolunun Çöl Göylər kəndi yaxınlığında yoldan çıxan avtomobil dərəyə yuvarlanıb.

Median.Az
-ın oxu.az-a istinadən verdiyi məlumata görə, Xaçmaz rayon sakini 1991-ci il təvəllüdlü Musayev Təhmasib İqrar oğlunun idarə etdiyi “Shagman” markalı yük avtomobili 20 metrlik dərəyə yuvarlanıb.

Ağır bədən xəsarətləri alan sürücü təcili olaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilən sürücünün vəziyyəti ağırdır. Ona aşağı ətrafının baldır nahiyyəsinin sümüklərinin qırılması və kəsilmiş yaraları diaqnozu qoyulub.

Vəziyyəti ağırlaşan xəstənin paytaxt Bakıya göndəriləcəyi bildirilir. Həkimlər, onun sol ayağının amputasiya olunacağını güman edirlər.

Faktla bağlı araşdırma aparılır.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 212 07.11.19 20:11