Bu il MDB-də 13 terror qrupu zərərsizləşdirilib - Siyahıda Azərbaycan da var » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Bu il MDB-də 13 terror qrupu zərərsizləşdirilib - Siyahıda Azərbaycan da var

Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov MDB ölkələrinin təhlükəsizlik agentlikləri və xüsusi xidmət orqanları rəhbərlər şurasının iclasında bu il terrorla mübarizə sahəsində tərəfdaş ölkələrdə aparılan birgə əməliyyatlardan danışıb.

O bildirib ki, Rusiya, Azərbaycan, Tacikistan, Qırğızıstan və Özbəkistanın xüsusi xidmət orqanları tərəfindən 2019-cu ildə beynəlxalq terror təşkilatlarının 13 qrupu aşkar edilərək fəaliyyəti dayandırılıb və 138 dəstə üzvü saxlanılıb.

O əlavə edib ki, may-oktyabr aylarında terror və ya dini ekstremist təşkilatlarla əlaqədə şübhəli bilinən 200-dən çox MDB vətəndaşı sərhəddə saxlanılıb.

Belarus təhlükəsizlik xidməti ilə birlikdə qanunsuz silah tədarükü ilə məşğul olan şəbəkə ifşa olunub, 40-dan çox silah və doqquz min silah-sursat ələ keçirilib.

Bundan əlavə, Rusiya, Belarus, Qırğızıstan, Tacikistan və Özbəkistanın xüsusi xidmət orqanları xeyli miqdarda narkotik və psixotrop maddələri dövriyyədən çıxarıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 561 07.11.19 16:45