Növbəti ildən Biləcəri-Yalama sahəsində yolların əsaslı təmiri planlaşdırılır. Aparılan islahatlar dəmir yolunda sürəti artıracaq.
Bu barədə Oxu.Az-a “Azərbaycan Dəmir Yolları” QSC mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova məlumat verib.
Onun sözlərinə görə, enerji təchizatı sisteminin yenidən qurulması və təkmilləşdirilməsi “Azərbaycan Dəmir Yolları” QSC-nin apardığı yeniləşmə prosesinin əsas tərkib hissələrindən biridir:
“Dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu hesabına dəmir yolunun Biləcəri-Yalama sahəsində dartı yarımstansiyaları tikilir. Həmin yarımstansiyalar dartı cərəyanının sabit cərəyandan dəyişən cərəyana keçirilməsini təmin edəcək”.