Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Müştəri “Araz” marketdən alınan kolbasadan şikayətləndi, market təkzib etdi - YENİLƏNİB + FOTO

07.11.2019 13:03 5 492
Müştəri “Araz” marketdən alınan kolbasadan şikayətləndi, market təkzib etdi - YENİLƏNİB + FOTO
“Araz” supermarketlər şəbəkəsi ötən gün kütləvi informasiya vasitələrindən supermarketdə satılan kolbasanın istifadəyə yararsız olduğuna dair yayılan məlumatlara münasibət bildirib.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən “Araz” supermarketlər şəbəkəsinin Marketinq departamenti PR və Daxili Kommunikasiya bölmə müdiri Billurə Əmirova bildirib ki, vətəndaşın aldığı oxot kolbasalarının saxlanma müddəti 40 gündür:

“Vətəndaş noyabrın 2- də “Araz” marketdən hisə verilmiş oxot kolbasası alıb. Məlumat üçün bildirim ki, həmin kolbasalar oktyabrın ayının 6-da istehsal olunub. Saxlanma müddəti 40 gündür. 15 noyabra qədər vaxtı var. Yəni məhsulun istifadə müddətinin bitməsindən söhbət gedə bilməz. Onu da əlavə edim ki, oxot hisə verimiş kolbasa məhsulu açıq şəkildə çəki ilə satılır.

Yəni müştəri həmin kolbasadan hansı miqdarda istəyirsə, o qədər də alır. Maraqlıdır ki, əgər kolbasada problem olsaydı, müştəri onu yerindəcə, məhsulu seçərkən niyə görməyib? Burada bir məqamı nəzərə alaq ki, müştəri noyabrın 2-də məhsulu alıb və noyabrın 6-da şikayətini bildirib. Dörd gün ərzində məhsul hansı şəraitdə saxlanılıb? Şəkildə görünən odur ki, oxot kolbasalarının üzərindəki kif yox, məhsulun duzudur. Ümumiyyətlə, hisə verilmiş kolbasa məhsullarında duzun üzə çıxması xarakterik haldır”.

* * * * * *

Bakı sakini “Araz” supermarketində satılan kolbasanın istifadəyə yararsız olduğundan şikayətlənib.

Vətəndaş almaq istədiyi “Cennet oxot” markalı kolbasanın istifadə tarixinin ötdüyünü bildirib.

Sosial şəbəkədə yerləşdirdiyi şəkildə görünür ki, kolbasanın istifadə tarixi noyabrın 2-də bitib. Qəzəblənən alıcı üzünü mağaza sahiblərinə tutub:

“Siz insanları zəhərləməkdən bezmədiniz? Doğrudanmı, bu “Veysəloğlu”nda hər şey bu cür idarə olunur? Bu cinayətdir, ay adamlar”.

Şərhlərdə vətəndaş kolbasanın çürüdüyünü və ondan pis qoxu gəldiyini də açıqlayıb.




Son xəbərlər