APOEL-in futbolçusu: "Qarabağ"la oyunda bizə üç xal lazımdır" » Median.Az - Bütün xəbərlər bir ünvanda


APOEL-in futbolçusu: "Qarabağ"la oyunda bizə üç xal lazımdır"
“Həqiqətən də eyni komandaların avrokuboklarda bir mövsümdə 4 dəfə görüşməsinə tez-tez rast gəlinmir. Bizim “Qarabağ”la əvvəlki üç qarşılaşmada fərqli nəticələr qeydə alınıb”.

Median.Az
-ın APA-ya istinadən məlumatına görə, bunu Kiprin APOEL klubunun futbolçusu Linus Qallenius deyib.

O, Avropa Liqasının qrup mərhələsinin “Qarabağ”la sabah keçiriləcək matçına həsr olunan mətbuat konfransında fikirlərini açıqlayıb: “Bu oyunda bizə üç xal lazımdır. Bilirik ki, “Qarabağ” yaxşı oynayır. Lakin onlara qalib gəlməliyik”.

Futbolçu qol vurmaq istəyindən də danışıb: “Hər matça qol vurmaq üçün çıxıram. Lakin sabah kimin vurmasının fərqi yoxdur. Ancaq qələbə qazanmalıyıq. Düşünürəm ki, azarkeşlər də çox olacaq. Onların dəstəyi bizə kömək edəcək”.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          495 06.11.19 23:45