Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:06 Rauf Arifoğludan Əli Kərimli ilə bağlı sensasion açıqlama: "Səsyazısı əlimdədir" | 14:51 Sumqayıtda 9 yaşlı qız dəm qazından boğuldu | 14:43 Bakıda 74 yaşlı kişi futbol oynayarkən ölüb | 14:39 Xalq rəssamının ailəsində faciə: Oğlu mənzilində ölü tapıldı | 14:38 Azərbaycan və Vyetnam prezidentlərinin geniş tərkibdə görüşü olub - Foto | 14:32 Braziliyada dağıdıcı qasırğa: 3 nəfər ölüb, minlərlə ev zərər görüb - Video | 14:26 Gəncədə evdə yanğın: İki nəfər zəhərləndi | 14:21 Məleykə Abbaszadə rektor köməkçisini işdən azad etdi | 14:19 Saatlıda avtomobil yanıb kül oldu - Anbaan video | 14:08 Masallıda ustanı işlədiyi evdə elektrik cərəyanı vurdu: Yolda öldü | 14:06 Xaçmazda 15 yaşlı məktəbli qızın meyiti tapıldı | 14:03 Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib | 13:54 Şəmkirdə iki azyaşlı uşaq anasının abort zamanı ölməsinin təfərrüatı | 13:46 Sabah hava necə olacaq? - 22.11.2026 | 13:40 Depressiyanın müalicəsində müsbət nəticə: İdman yaddaş və diqqətə kömək edə bilər | 13:37 Putinin tərcüməçisinin natiqlik bacarığının sirri açıqlandı | 13:30 Hikmət Hacıyev vyetnamlı müğənninin "Ey Vətən" ifasını paylaşdı - Video | 13:22 Bakı-Şamaxı-Yevlax yolunda təhlükəli vəziyyət: Qəza riski yaranıb | 13:19 Uşağına aliment ödəməyən qadın cəzalandırıldı | 13:11 Peruda güclü zəlzələ oldu |
Mojo.az Avto
Mojo.az Avto

Dünyanın ən çox tələb olunacaq peşələri

06.11.2019 22:52 3 690
Dünyanın ən çox tələb olunacaq peşələri
Mütəxəssislər yaxın on ildə ən çox tələb olunacaq peşələrin siyahısını hazırlayıb.

Siyahıda həm 2020–2023-cü illərdə yüksək tələbat görəcək perspektivli peşələr müəyyənləşdirilib, həm də gələcəkdə, 2024–2025-ci illərdən sonra ortaya çıxacaq peşələr göstərilib.

Həmin siyahını sizə təqdim edirik:


Biomühəndis

Müxtəlif tibbi problemləri həll etmək, sağlamlığı qorumaq üçün biologiya və tibbdə mühəndislik prinsiplərindən istifadə edərək canlı orqanizmin xüsusiyyətlərini öyrənən və dəyişdirən (eyni zamanda yenisini inkişaf etdirən) mütəxəssis.


Biofarmokoloq

Yeni bioloji məhsulların - canlı bioloji sistemlərin, bədən toxumalarının, biotexnologiyaların köməyi ilə əldə edilən tibbi məhsulların yaradılması üzrə mütəxəssis.


“Ağıllı” cəmiyyət yaradıcısı

İşləməsi, idarə olunması, yenidən qurulması və optimallaşdırılması üçün zəruri olan məlumatları müstəqil qəbul və ötürmə qabiliyyətinə malik texnologiyalar hazırlayan İT mütəxəssisi.


Kiber təhlükəsizlik üzrə mütəxəssis

Xüsusi infrastrukturun yaradılması, dəstəklənməsi və yaxşılaşdırılması, informasiya sistemləri və rəqəmsal mühitin kiberhücumlardan, məlumatların sızmasından, digər kiber təhdidlərdən qoruyan, habelə kiber cinayətlərin araşdırılmasında iştirak edən İT mütəxəssisi.


Neyropsixoloq

Onun fəaliyyəti psixologiya və nevrologiyanın kəsişməsindədir. O, beynin quruluşu və prinsipləri ilə zehni proseslər və insan davranışları arasındakı əlaqəni öyrənir.


Proqramist

Bu peşə hazırda da çox tələb görür və insan həyatının, fəaliyyətinin bütün sahələrinin rəqəmsallaşdırılmasını nəzərə alsaq, getdikcə bu tendensiya daha da zəruri hal alacaq.


3D çap üzrə mütəxəssis

Riyazi və yaradıcılıq qabiliyyətləri olan üçölçülü dizayn üzrə mütəxəssis.

Bu iş müxtəlif sahələrdə, memarlıq, inşaat, tibb, geyim və ayaqqabı istehsalında da tələb görəcək.

Son xəbərlər