Bakıda 3 otaqlı evdə yanğın olub.
Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 50 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağında yataq dəsti yanıb. Ev yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.