Лондон
C

“Azərişıq” gizlənqaç oynayarkən transformatorda yanan qızla bağlı məlumat yaydı

“Azərişıq” ASC Nizami rayonunda yüksək gərginlikli transformator məntəqəsinə daxil olaraq yanıq xəsarətləri almış doqquz yaşlı Zəhra Əliyevanın müalicəsinə yardım edilməməsi məsələsinə münasibət bildirib.

ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin sözlərinə görə, bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən ötən ay Bakının Nizami rayonunda yüksək gərginlikli transformator məntəqəsinə daxil olaraq yanıq xəsarətləri almış doqquz yaşlı Zəhra Əliyevanın müalicəsinə “Azərişıq” ASC tərəfindən heç bir maddi və mənəvi yardım göstərilməməsi ilə bağlı əsassız məlumatlar yayılır:

“Bu, xoşagəlməz hadisə baş verdiyi gündən etibarən doqquz yaşlı Zəhranın vəziyyəti rəhbərliyin diqqət mərkəzində olub:

Hadisədə yanıq xəsarətləri almış körpənin müalicəsi və ayağa qalxması üçün “Azərişıq” əməkdaşları xəstəxanaya ezam olunub. Onlar həmin müalicə müəssisəsində növbəli şəkildə yerləşdirilib.

Hadisə baş verəndən bu günə qədər Zəhra Əliyevanın müalicəsi üçün tələb olunan bütün vəsaitlər Səhmdar Cəmiyyət tərəfindən qarşılanıb. Sosial şəbəkələrdə iddia olunduğu kimi, bu məsələdə heç bir kənardan vəsait cəlbi olmayıb”.

T. Mustafayev qeyd edib ki, bundan sonra da “Azərişıq” Zəhra Əliyevanın müalicəsi üçün lazım olan bütün zəruri tədbirləri görməkdə davam edəcək. Sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, heç bir əsası olmayan bu tipli məlumatların yayılmasına yol verməsinlər”.
/oxu.az/скачать dle 11.3
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
[related-news] [/related-news]

комментариев