Median.Az xəbər verir ki, noyabrın 5-i gecə saat 3 radələrində Nizami rayonu ərazisindəki avtoservisdən, Bakı şəhər sakini A.Xəlilova məxsus “Mercedes” markalı avtomobil qaçırılıb və Xəzər rayonunun Binə qəsəbəsi ərazisində idarə edilərkən işıq dirəyinə vurulub.
Xəzər RPİ 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçıran, həmin avtoservisdə usta işləyən Ə.Əliyev saxlanılıb.
Fakta bağlı araşdırma aparılır.