İçərişəhərdə quldurluq edən şəxs saxlanılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda


İçərişəhərdə quldurluq edən şəxs saxlanılıb
Median.Az xəbər verir ki, Səbail RPİ 9-cu polis bölməsinə müraciət edən Bakı şəhər sakini C.Rüstəmbəyli, noyabrın 2-də İçərişəhərdə, evlərdən birinin qarşısında naməlum şəxsin bıçaqla hədələyib, ondan 200 manat pulunu aldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş O.Tağıyev saxlanılıb.

Səbail RPİ İstintaq şöbəsində CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.

-скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          470 06.11.19 15:13