Akif Çovdarov və digər MTN generalları yenidən Ali Məhkəməyə müraciət ediblər » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Akif Çovdarov və digər MTN generalları yenidən Ali Məhkəməyə müraciət ediblər

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalları - Akif Çovdarov, Teymur Quliyev, Elçin Quliyev və Sübahir Qurbanov yenidən Ali Məhkəməyə müraciət ediblər.

Median.Az APA-ya istinadən xəbər verir ki, generallar ayrı-ayrılıqda kassasiya şikayəti verərək barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

A. Çovdarovun şikayəti hakim Əziz Seyidovun icraatına verilib və məhkəmə iclası noyabrın 21-nə təyin edilib.

T. Quliyev və S. Qurbanovun şikayətləri hakim İlqar Qılıcovun icraatına verilib. Hələlik onların məhkəməsinin vaxtı təyin edilməyib.

Digər general E. Quliyevin şikayəti hakim Fərhad Əliyevin icraatına verilib. Onun məhkəməsinin də vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, A. Çovdarov və digərləri 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə A. Çovdarov 12 il, S. Qurbanov 14 il, T. Quliyev 12 il, E. Quliyev isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdə onların general rütbəsindən mərhum edilməsi ilə bağlı Azərbaycan Prezidentinə təqdimat göndərilməsi ilə bağlı qərar qəbul edilib.

Bakı Apelyasiya Məhkəməsində onların şikayətləri təmin edilməyib. Daha sonra generallar bir neçə dəfə kassasiya şikayətləri verib, onları sonradan geri götürüblər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            867 06.11.19 15:06