Vilayət Eyvazov generalı işdən çıxardı - YENİ TƏYİNAT » Median.Az - Bütün xəbərlər bir ünvanda


Vilayət Eyvazov generalı işdən çıxardı - YENİ TƏYİNAT
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Aslanov Həzi Arif oğlu tutduğu vəzifədən azad edilib.

Median.Az
-ın oxu.az-a istinadən məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Nazirin digər əmrinə əsasən, Həzi Aslanov DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə rəis təyin olunub.

Onun əvvəlki vəzifəsinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, V.Eyvazov ötən gün DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı İzzət Kərimov tutduğu vəzifədən azad edilib.
скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 384 06.11.19 12:16