Baş nazirdən qərar - Bu qurumlar birləşdirildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Baş nazirdən qərar - Bu qurumlar birləşdirildi

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun, İstedadlı Uşaqlarla İş Mərkəzinin və Respublika Elmi-Pedaqoji Kitabxanasının Təhsil İnstitutuna, Respublika Bədən Tərbiyəsi Mərkəzinin “Təhsil” Respublika İdman Mərkəzinə birləşdirilməsi və Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli Qərarı ilə təsdiqlənmiş “Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilib.

Median.Az
-ın oxu.az-a istinadən xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Nazirlər Kabineti qərara alıb ki, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu, İstedadlı Uşaqlarla İş Mərkəzi və Respublika Elmi-Pedaqoji Kitabxanası Azərbaycan Respublikasının Təhsil İnstitutuna birləşdirilsin.

Qərarla Respublika Bədən Tərbiyəsi Mərkəzi “Təhsil” Respublika İdman Mərkəzinə birləşdirilib.

“Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliyə gəlincə, “Əlavə təhsil müəssisələri” bölməsi ləğv edilib. Eyni zamanda, “Məktəbdənkənar təhsil müəssisələri” bölməsinin 3-cü hissəsi ləğv olunub.

Həmçinin, “Təhsil Nazirliyinin tabeliyində olan digər təşkilatlar” bölməsinin 6-cı və 15-ci hissələri ləğv edilib.

Təhsil Nazirliyi Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə bu Qərardan irəli gələn məsələləri həll etməlidir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 973 06.11.19 12:02