UEFA-da Elxan Məmmədovun sədrliyi ilə komitə iclası keçirildi - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda


UEFA-da Elxan Məmmədovun sədrliyi ilə komitə iclası keçirildi - FOTO
Bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında Feyr Pley və Sosial Məsuliyyət Komitəsinin (Fair Play and Social Responsibility Committee) növbəti iclası keçirilib.

AFFA-nın rəsmi saytı xəbər verir ki, iclasa AFFA-nın baş katibi, qeyd olunan komitənin rəhbəri Elxan Məmmədov sədrlik edib.

Xatırladaq ki, bu il mayın 29-da UEFA İcraiyyə Komitəsinin Bakıda keçirilmiş iclasında Elxan Məmmədov UEFA-nın Feyr Pley və Sosial Məsuliyyət Komitəsinin sədri vəzifəsinə seçilib.

Onu da qeyd edək ki, Azərbaycan təmsilçisi ilk dəfədi ki, UEFA-da iclasa sədrlik edib.

скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          620 05.11.19 23:51