Avtomobildən külli miqdarda pul oğurlayan əcnəbi saxlanılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda


Avtomobildən külli miqdarda pul oğurlayan əcnəbi saxlanılıb
Median.Az xəbər verir ki, noyabrın 2-nə keçən gecə Nizami rayonu ərazisində “Mercedes” markalı avtomobildən pul oğurlanması barədə 25-ci polis şöbəsinə məlumat daxil olub.

Araşdırma zamanı, Q.Qarayev prospektində avtomobildən şüşəni sındırmaq yolu ilə 3645 manatın oğurlandığı müəyyən edilib.

Nizami RPİ 25-ci polis şöbəsi və Dövlət Təhlükəsizlik Xidməti (DTV) əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən əcnəbi vətəndaş, əvvəllər məhkum olunmuş M.Əhmədov "Şıxlı" keçid məntəqəsində saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          536 05.11.19 17:08