Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:23 Bakıdakı qətllə bağlı yeni detallar: "İsgəndər xırıltılı səslə boğazının ağrıdığını dedi" | 18:18 Paşinyan Ceyhun Bayramovun mövqeyini dəstəklədi | 18:08 Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verdi | 17:58 104 kq narkotik və 8 mindən çox həb dövriyyədən çıxarıldı (VİDEO) | 17:57 Azərbaycanda qurum rəhbəri 6 000 manat maaş alacaq | 17:30 6 min manat pensiya alan da var, 100 manat alan da – AÇIQLAMA | 17:27 Rövşan Əsgərov Rusiyada məhkəmə qarşısına çıxarılır | 17:03 Əsgər ölümündən əvvəl ürəyindən şikayətlənibmiş... - Həkimə bu cəza verildi | 16:59 Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq | 16:48 16 yaşlı oğlan atasının avtomobilini qaçıraraq aşırdı - FOTO | 16:32 Saatlıda ekoloji cinayət: Qanunsuz balıq ovlayan şəxs 260 saat ictimai işlərə cəlb edildi | 16:18 Peşə təhsilində 33 yeni ixtisas yaradılıb | 16:09 Azərbaycanda artıq ödənilmiş vergilərin geri qaytarılması sadələşdirilib | 16:03 Mərdəkanda köşkdə 7400 manatlıq aksizsiz siqaret aşkarlandı | 16:00 Bursada xanımını 146 qayçı zərbəsi ilə öldürən Azərbaycan vətəndaşına ömürlük həbs tələbi | 15:45 Avtomobil sahiblərini ciddi dəyişikliklər gözləyir: Köhnə maşınlara məhdudiyyət GƏLİR | 15:31 İlham Əliyev Edqars Rinkeviçsə məktub göndərdi | 15:25 Oğuzda avtoxuliqanlıq edən sürücü həbs olunub | 15:14 Azərbaycan Prezidenti Oman Sultanını təbrik etdi | 15:04 Leyla Əliyeva "Yaradıcılıqla üz-üzə" adlı konsertdən paylaşım edib - FOTO |
Mojo.az Avto
Mojo.az Avto

Elza Seyidcahanın ailəsinə qarşı dələduzluq: anası və bacıları evsiz qaldı

05.11.2019 14:44 3 926
Elza Seyidcahanın ailəsinə qarşı dələduzluq: anası və bacıları evsiz qaldı
Əməkdar artist Elza Seyidcahanın anası fırıldaqçılıqla üzləşib.

Bu barədə oxu.az-a Əməkdar artist məlumat verib.

O, ailəsinin üzləşdiyi xoşagəlməz hadisə ucbatından anasının və bacısının evsiz qaldığını söyləyib:

“2015-ci ildən biz anama qarşı dələduzluq törədən dəstəni axtarırdıq, amma tapa bilmirdik. Amma Nəsimi rayonu 21-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili Urfan Gərayzadənin köməyilə dəstənin bir üzvü ələ keçib.

Qrupun digər üzvlərinin axtarışı səbəbindən istintaq işi hələ də davam edir. Onlar da tezliklə tapılacaq və məsuliyyətə cəlb olunacaqlar. Anam bütün evləri satıb torpaq aldı ki, bacılarımla özünə ev tikdirsin və orada yaşasın. Hazırda dələduzların törətdiyi bu iyrənc əmələ görə bacılarım da evsiz qalıb.

Gəlib anamın başını tovlayıb, deyiblər ki, bizə torpaq sahəsini ver, əvəzinə sənə və qızlarına üç ev verərik. Onu da qeyd edim ki, anam torpaq sahəsində tikiləcək evin layihəsini də hazırlamışdı. Anam onların bu təklifinə razılıq verib, aldanıb. Fırıldaqçılar anama villa adı ilə üç sənədsiz həyət evi göstəriblər.

Evlərin sənədləri də saxta olub. Anam bu haqda bizə heç bir məlumat verməyib. Bizə sürpriz etmək istəyib. Anamın sadəlövhlüyündən istifadə edib başına bu oyunu açıblar. Mən də hüquq-mühafizə orqanlarına başımıza gələn xoşagəlməz hadisə ilə bağlı müraciət etdim”.

Seyidcahan redaksiyamızın əməkdaşı ilə söhbətində polis əməkdaşlarının araşdırması nəticəsində onlara qarşı cinayət törədən Rasim Məmmədov və dəstənin daha iki üzvünün saxlanıldığını və bir ay ərzində anasının ya evini, ya da pulunu geri qaytaracaqlarına söz verdiklərini bildirib:

“Rasim adlı şəxs dəfələrlə dələduzluq etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunub. Onun dostları ki var, dəstənin digər üzvləri onu zaminə götürüblər. Mən bu kimi məsələlərlə gündəmə gəlmək istəməzdim. Ümid edirəm ki, dəstənin digər üzvləri törətdikləri əməllərə görə qanun qarşısında cavab verəcəklər”.

Əməkdar artist R.Məmmədov və digərlərinin tapılaraq ifşa olunmasında göstərdiyi yardıma görə Nəsimi rayonu 21-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili Urfan Gərayzadəyə minnətdarlığını bildirib.

Qeyd edək ki, bu barədə ilk məlumatı Report yayıb.

Son xəbərlər