Türkiyə əl-Bağdadinin 65 yaşlı bacısını həbs etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda


Türkiyə əl-Bağdadinin 65 yaşlı bacısını həbs etdi
Türkiyə məhv edilmiş İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin böyük bacısını həbs edib.

“Associated Press” xəbər verir ki, 65 yaşlı Rəsmiyə Avad Suriyanın şimal-qərbində Azaz şəhəri yaxınlığında saxlanılıb. O ekstremist qruplaşmasının üzvü olmaqda günahlandırılır.

Saxlanılan zaman qadınla birlikdə onun əri, 5 uşağı və gəlini də olub. Həbs olunanlar dindirilib.

Əbu Bəkr əl-Bağdadinin bacısının həbs edilməsi Türkiyədə böyük uğur hesab olunur. Ehtimal edilir ki, qadının qaçıb gizlənən terrorçular haqqında məlumatı var.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          603 05.11.19 11:39