Bakıda kafedə tanışını bıçaqlayan şəxsin məhkəməsi başlayır » Median.Az - Bütün xəbərlər bir ünvanda


Bakıda kafedə tanışını bıçaqlayan şəxsin məhkəməsi başlayır
Bakıda kafedə tanışını bıçaqlamaqda təqsirləndirilən Eldar Ordaxanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Median.Az
-ın APA-ya istinadən məlumatına görə, E.Ordaxanov barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Ramella Allahverdiyevanın icraatına verilib.

Qeyd edək ki, hadisə bu il aprelin 28-də saat 01:20 radələrində paytaxtın Nizami rayonunda qeydə alınıb. 1993-cü il təvəllüdlü Ordaxanov Eldar Əli oğlu M.Əliyev küçəsində yerləşən kafenin qarşısında aralarında yaranmış mübahisə zamanı tanışı, 1988-ci il təvəllüdlü Alıxanov Nicat Dostəli oğluna bıçaqla qarın nayihəsinə kəsilmiş-deşilmiş xəsarətlər yetirib. N.Alıxanov 3 saylı şəhər xəstəxanasına çatdırılıb və həyatını xilas etmək mümkün olub.

Hadisəni törədən E.Ordaxanov saxlanılıb.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          480 04.11.19 19:53