Azərbaycanda aparıcı müğənninin boyunbağını çıxarıb gəlinə hədiyyə etdi - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Azərbaycanda aparıcı müğənninin boyunbağını çıxarıb gəlinə hədiyyə etdi - VİDEO

ATV-də yayımlanan “Bizimləsən” sosial tok-şouda verilişin aparıcısı Zaur Baxşəliyev atdığı addımla izləyiciləri təəcübləndirib.

Proqramda kimsəsiz cütlüklərə toy edən verilişin layihə rəhbəri Zaur gəlinə gözlənilmədən sürpriz edib.

Belə ki, verilişdə qonaq olan ifaçı Zeynəb Həsəni cütlüyə hədiyyə vermək istəyib.

Zaurun “Hədiyyə gətirdinmi gəlinə?” sualına müğənni “Hədiyyə avtomobilimdədir” cavabını verib. Baxşəliyev isə Həsəninin bu cavabına “Bəlkə, boynuna taxdığın zinət əşyasının birini verəsən?” təklifi ilə çıxış edib.

İfaçı isə boynundan qızıl boyunbağını çıxararaq Zaura təqdim edib. Proqramın aparıcısı “Sonra gəlib almayacaqsan ki?” deyərək Zeynəbə söz atıb. O isə “Halal xoşu olsun” deyib.

“Görürsən, qızıl boyunbağı daha çox gəlinimizə yaraşdı, nəinki sənə” deyə Z.Baxşəliyev hədiyyə söhbətini zarafatla yekunlaşdırıb.
/oxu.az/
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 872 04.11.19 14:45