Mikayıl Cabbarov sahibkarlara səsləndi - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:09 Aİ dövlətləri İrana qarşı yeni qadağalarla bağlı razılığa gəldilər  |     13:09 Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO  |     13:08 Paşinyan: “Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı sakinlərimizi sevindirməlidir”  |     13:06 Abşeronda 16 min manatlıq pul və zinət əşyaları oğurlanıb  |     12:50 Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı  |     12:48 Leyla Əliyeva və Arzu Əliyeva SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində olublar - FOTO  |     12:32 Bakıda viza fırıldağı: Şirkət rəhbərlərinə cinayət işi açıldı  |     12:31 Hacıqabulda gənc qız itkin düşüb  |     12:30 Azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarını talayan şəxslər saxlanıldılar  |     12:27 Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti AÇIQLANDI  |     12:25 Bakının əsas avtomobil yollarından biri üç gün bağlı olacaq - FOTO  |     12:24 Evdən musiqi alətləri oğurlayanlar saxlanılıblar - FOTO  |     12:22 Azərbaycanlı prodüserin qızı vəfat etdi - FOTO  |     12:20 Xankəndidə silah-sursat aşkarlanıb  |     12:18 Azərbaycan nefti ucuzlaşıb  |     12:17 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     12:15 Binəqədidə qəzada 37 yaşlı qadın yaralanıb  |     12:14 Leonardo Di Kaprionun yeni rolu bəlli oldu  |     12:14 “WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA  |     12:11 Bakıda bina sökülür: Sakinlər narazıdırlar - VİDEO  |    

Mikayıl Cabbarov sahibkarlara səsləndi - VİDEO

Biz populizmi və populist tələbləri real ehtiyaclardan ayıran imkanlara malik olmalıyıq.

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov REAL TV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyi öz səlahiyyətləri çərçivəsində digər dövlət qurumları ilə vahid komanda halında işləyərək, qeyri-neft sektorunun sürətli inkişafına təkan verəcək.

M.Cabbarov vergi sahəsində aparılan islahatlardan da danışıb. Nazir bildirib ki, vergi sahəsində aparılan islahatlar müsbət nəticələr verib.

M.Cabbarov bununla belə, nöqsanların olduğuna da diqqət çəkib:

“Bəzi hallarda gözləntilərimizdən daha yaxşı nəticələr əldə etmişik. Bəzi hallarda isə gözləntilər hələ də özünü doğrultmayıb. Bu sahələrdə müvafiq inzibatçılıq davam etdirilir və nəticələr əldə olunacaq”, - deyə M.Cabbarov bir daha sahibkarlara, iş adamlarına dostluq təklif etdiyini xatırladıb:

“Dostluq bir çox hissiyyatlardan fərqli olaraq, birtərəfli ola bilmir. Dostluq hər zaman ikitərəfli yoldur. Çünki sən dost dedikdə, həm güvənirsən, həm də insana güvən üçün hüquq verirsən, bu hüququ onun üzərinə ötürürsən. Birmənalı şəkildə inanıram ki, Azərbaycanda sahibkarlıq, iqtisadi fəaliyyətin subyektləri böyük bir yol keçib. Bu yolda çətinliklər olacaqmı, bu yolu birlikdə necə keçəcəyik?

Bu, hər iki tərəfdən, öz üzərində, gündəlik işlərində, yanaşmalarında müəyyən yeniliklər tələb edir. Biz öz tərəfimizdən bu yolu keçməyə hazırıq”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 855 04.11.19 13:23