İlham Əliyev Xalq artistini təltif etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda


İlham Əliyev Xalq artistini təltif etdi
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Yalçın Vasif oğlu Adıgözəlovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Sərəncama əsasən, Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Yalçın Vasif oğlu Adıgözəlov “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Y.Adıgözəlov dirijor, Bakı Musiqi Akademiyasının dirijorluq kafedrasının professoru, Azərbaycan Respublikasının Xalq artistidir.

Noyabrın 4-də Y.Adıgözəlovun 60 yaşı tamam olur.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          807 02.11.19 17:11