Bakıda avtomobildən oğurluq etməkdə şübhəli bilinən qadın tutuldu » Median.Az - Bütün xəbərlər bir ünvanda


Bakıda avtomobildən oğurluq etməkdə şübhəli bilinən qadın tutuldu
Bakıda avtomobildən oğurluq etməkdə şübhəli bilinən gənc qadın tutulub.

Bu barədə oxu.az-a Xətai Rayon Polis İdarəsindən məlumat verilib.

Oğurluq oktyabrın 31-də saat 17:00 radələrində Telnova küçəsində törədilib. Belə ki, 1966-cı il təvəllüdlü Maarif Əliyevə məxsus “Mercedes” markalı avtomobildən 250 manat oğurlanıb. Oğru avtomobilin qapısının kilidlənməməsindən yararlanıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 34-cü polis bölməsinin əməkdaşları şübhəli bilinən 1982-ci il təvəllüdlü E.Büniyatovanı saxlayıblar.

Müşahidə kameraları sayəsində qadın saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparılır. Əgər saxlanılan şəxsin digər avtomobil oğurluqları ilə əlaqəsi ortaya çıxarsa, həbs olunacaq. Əks təqdirdə, inzibati cəza - cərimə cəzası alacaq.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          516 02.11.19 15:07