Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Median.Az report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu Hüseyn Cavid prospektində qeydə alınıb.
Belə ki, 1971-ci il təvəllüdlü Şükürova Arzu İmamverdi qızı yolu keçmək istəyərkən maşın vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.