Azərbaycanda bir gündə 650 min ağacın əkilməsi üçün ərazilər müəyyənləşib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Azərbaycanda bir gündə 650 min ağacın əkilməsi üçün ərazilər müəyyənləşib

Bu gün Yeni Azərbaycan Partiyasının İcra Katibliyində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə tədbir keçirilib.

Median.Az
Trend-ə istinadən bildirir ki, YAP Gənclər Birliyinin fəallarının iştirak etdiyi tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə bir gün ərzində 650 min ağacın əkilməsi ilə bağlı hazırlıq işləri müzakirə olunub.

Çıxış edən YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsünün xalqımız tərəfindən yüksək dəyərləndirildiyini bildirib. S.Novruzov qeyd edib ki, YAP Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə fəaliyyət proqramı əsasında müxtəlif layihələr həyata keçirir. Böyük mütəfəkkir İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə keçiriləcək ağacəkmə kampaniyasında da hər iki təşkilat əməkdaşlıq edəcək.

Yeni Azərbaycan Partiyasının hər il Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə ağacəkmə aksiyası keçirdiyini deyən S.Novruzov partiyanın mütəmadi olaraq müxtəlif sosial, iqtisadi və humanitar xarakterli layihələr reallaşdırdığını söyləyib. O, həmçinin Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi münasibətilə keçirilən "700 min ağac əkək!" kampaniyasının da bütün respublika ərazisində uğurla baş tutduğunu xatırladıb.

S.Novruzov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir gün ərzində 650 min ağacın əkilməsi aksiyasında da partiya üzvlərinin fəal iştirak edəcəyini diqqətə çatdırıb. Onun sözlərinə görə, həmin ağacların əkilməsindən sonra onlara qulluğun göstərilməsi partiyanın diqqətində olacaq. Və bütün bu işlərdə YAP-ın gənc fəalları yaxından iştirak edəcək.

Tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini, YAP Siyasi Şurasının üzvü Firdovsi Əliyev bildirib ki, artıq bir gündə 650 min ağacın əkilməsi üçün ərazilər müəyyənləşib. Bu prosesə rəmzi olaraq Şamaxı rayonundan başlanacaq.

F.Əliyev Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın daim xoşməramlı, xeyirxah təşəbbüslərlə çıxış etdiyini deyib və bu təşəbbüslərin cəmiyyətimiz tərəfindən rəğbətlə qarşılandığını söyləyib. Nazir müavini həmçinin, Yeni Azərbaycan Partiyasının da hər zaman ekologiya və ətraf mühitin qorunmasına töhfələr verdiyini diqqətə çatdırıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            963 01.11.19 22:36