Para atletlərimiz Olimpiadaya vəsiqə üçün dünya çempionatına gedir - ADLAR » Median.Az - Bütün xəbərlər bir ünvanda


Para atletlərimiz Olimpiadaya vəsiqə üçün dünya çempionatına gedir - ADLAR
Azərbaycanın para atletika idman növü üzrə milli komandası 7-15 noyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək.

Median.Az
-ın oxu.az-a istinadən xəbərinə görə, komandanın baş məşqçisi, ikiqat paralimpiya, üçqat dünya və Avropa çempionu Oleq Ponyutin sabah Dubaya doqquz idmançı ilə yollanacaq.

Millimizin kapitanı Paralimpiya çempionu Oloxan Musayev olacaq. O, lövhə atma yarışlarında ölkəmizi təmsil edəcək.

Bundan başqa, Kamil Əliyev, Elçin Muradov (hər ikisi uzunluğa tullanma), Elvin Astanov (nizə atma), Yelena Çebanu (100 və 200 metr məsafəyə qaçış, uzunluğa tullanma), Samir Nəbiyev, Rüfət Rəfiyev (hər ikisi nüvə itələmə), Nurlan İbrahimov (100 metr məsafəyə qaçış) və Ramiz Məlikov komandamız adından mübarizə aparacaq.

Qeyd edək ki, para atletika üzrə dünya çempionatı Tokio-2020 Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazandırır.

Bu yarışda 120-yə yaxın ölkənin atleti iştirak edəcək.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          425 01.11.19 19:15