Bakıda tanışını güllələyib, öldürməyə cəhd edən Ağdam sakininin şikayəti təmin edilməyib » Median.Az - Bütün xəbərlər bir ünvanda


Bakıda tanışını güllələyib, öldürməyə cəhd edən Ağdam sakininin şikayəti təmin edilməyib
Bakı Apellyasiya Məhkəmsində Ağdam rayon sakini Elnur Əliyevin (1979-cu il təv.) CM-nin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd), 228.1-ci (qanunsuz olaraq odlu silahı əldə etmə, saxlama və ya gəzdirmə) və 229.1-ci (qanunsuz olaraq odlu silah hazırlama) maddəlləri ilə barəsindəki hökmdən verilmiş apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, 2018-ci il noyabrın 10-u səhər saat 4 radələrində Nəsimi RPİ Növbətçi hissəsinə Mərdanov qardaşları, 119 ünvanında yerləşən "Bakı Tikiş Evi"-nin yataqxanasında silahlı insident baş verməsi barədə məlumat verilib.

"İsti izlərlə" Post-Patrul Xidmətinin (PPX) əməkdaşları tərəfindən cinayəti törədən Elnur Əliyev tutularaq Nəsimi RPİ 20-ci polis bölməsinə gətirilib. Ondan lüləsi və qundağı kəsilmiş 20 kalibrli ov tüfəngi götürülüb, saxlanılan şəxs qisas məqsədi ilə tanışı, Ağdam rayon sakini Namiq Cəfərova atəş açdığını etiraf edib.

Nəsimi rayon prokurorluğunda fakta görə cinayət işi başlanılıb. Kliniki Tibbi Mərkəzə yerləşdirilən zərərçəkmişin həyatı xilas edilib.

İstintaqla müəyyən edilib ki, 2017-ci ilin dekabr ayında yataqxananın qarşısında Ağdam rayon sakini Natiq Cəfərov Elnur Əliyevə yumruqla sifətinə zərbə vurub. Onu öldürmək məqsədi ilə Abşeron rayonu, “At Yalı” qəsəbəsi, fərdi evin həyətində mərhum babasından qalmış 20 kalibrli, ov tüfənginin lüləsini və qundağını kəsib, ilkin təyinatını dəyişdirməklə tüfəng kəsiyi hazırlayıb, atəşə hazır vəziyyətə gətirib. Silahı və 3 ədəd patronu idman çantasına yerləşdirərək “Mercedes” markalı avtomobillə 2018-ci il noyabrın 10-u gecə saat 1:30-da Cəfərov qardaşlarının yaşadığı yataqxananın həyətinə gəlib. Namiq Cəfərova məxsus “Range Rover” markalı avtomobilin həyətdə olmadığını görüb, onu gözləyib. Gecə saat 3:30-da Namiq Cəfərovun həyətə girdiyini gördükdən sonra, əlində çanta ilə binanın dəhlizinə daxil olub. Namiq Cəfərovun pilləkənlə 2-ci mərtəbəyə qalxdığını görüb, arxadan təxminən 2 metr məsafədən Namiq Cəfərova birinci atəşi açıb. Sonuncunun ölmədiyini görüb, yenidən atəş açmaq məqsədilə gilizi patron yuvasından çıxarıb, yerinə patron qoyub silahı atəşə hazır vəziyyətə gətirmək istəyərkən Cəfərov geri dönərək onun üstünə gəlib. Səs-küyə sakinlərin gələcəyini başa düşüb, binadan çıxıb qaçaraq hadisə yerindən uzaqlaşıb. Namiq Cəfərov vaxtında xəstəxanaya çatdırılarıb, təxirəsalınmaz ixtisaslı tibbi yardım nəticəsində həyatını xilas etmək mümkün olduğundan Elnur Əliyev, iradəsindən asılı olmayan səbəbə görə zərərçəkmişi qəsdən öldürməyə yönəlmiş cinayət əməlini başa çatdıra bilməyib.

2019-cu il iyunun 19-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Əliyev cəzasını ciddi rejimli CÇM-də çəkməklə 9 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Hökmdən məhkum apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, E. Əliyevin şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin hökmü
dəyişdirilmədən saxlanılıb.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          542 01.11.19 18:59