Mingəçevir, Biləsuvar və Astarada ev oğruları tutulub » Median.Az - Bütün xəbərlər bir ünvanda


Mingəçevir, Biləsuvar və Astarada ev oğruları tutulub
Median.Az xəbər verir ki, Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 29-da qohumunun evindən 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlyan yeniyetmə saxlanılıb.

Bundan başqa, Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evdən 9000 manat oğurlayan şəhər sakini M.Murtuzov saxlanılıb.

Astara RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisindəki 4 evdən təmir-tikinti və məişət əşyaları oğurlayan Pensər kənd sakinləri olan 2 yeniyetmə saxlanılıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          612 01.11.19 18:41