Muxtar Babayev: Xəzərə çirkli su axıdılır, cəmiyyət gözləyir ki, nazirlik tədbir görsün » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:53 Ceyhun Bayramov Fələstinin baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə etdi  |     15:39 20 min manat borca görə qəssab həbs edildi  |     15:24 Azərbaycan-Fransız Universiteti bağlanır? - AÇIQLAMA  |     15:14 Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ AÇIQLAMA  |     14:57 Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar  |     14:54 Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB (RƏSMİ AÇIQLAMA)  |     13:56 Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib  |     13:36 Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO  |     13:34 BDU-nun tələbəsi intihar etdi  |     13:23 Məhkəmə qardaşının həyətinə qumbara atan şəxslə bağlı qərar çıxardı  |     13:08 Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb  |     12:49 Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıblar  |     12:44 Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var  |     12:36 Dünyanın ilk “ChatGPT”li qulaqlığı: Xarici dildəki nitqi sinxron tərcümə edəcək - VİDEO  |     12:21 Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakininin meyiti tapılıb - FOTO  |     12:19 Çinli hakerlər “iPhone” istifadəçilərinə genişmiqyaslı kiberhücum həyata keçiriblər  |     12:18 Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı  |     12:17 “Google”da əməkdaşlar ixtisar edilirlər  |     12:01 Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO  |     11:57 Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO  |    

Muxtar Babayev: Xəzərə çirkli su axıdılır, cəmiyyət gözləyir ki, nazirlik tədbir görsün

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Xəzərə çirkli suların axıdılması ilə bağlı məsələyə münasibət bildirib.

Nazir oxu.az-ın müxbirinin sualını cavablandırarkən deyib ki, iaşə obyektlərindən Xəzər dənizinə axıdılan çirkli suların təmizlənməsi və düzgün idarə olunması nazirlik üçün əsas hədəflərdən biridir:

“Hazırda bu istiqamətdə müvafiq işlər aparılır. Dəfələrlə şahidi olmuşuq ki, müəssisələr, obyektlər tərəfindən Xəzərə çirkli su axıdılır və bunu görənlər isə gözləyir ki, nazirlik gəlsin, tədbir görsün. Amma bu da düzgün deyil.

Burada da ictimai qınaq olmalıdır. Çünki Xəzər dənizi hamımızındır. Yalnız nazirlik deyil, cəmiyyətimiz də Xəzərə çirkli su axıdan obyektlərə, şəxslərə irad tutmalıdır”.

M.Babayev bildirib ki, Xəzəri çirkləndirən obyekt sahibləri ilə mütəmadi görüşlər keçirilir:

“Ötən günlərdə biz bir qrup iaşə obyekt sahibləri ilə görüş keçirdik və çalışdıq ki, aramızda səmiyyət yaradaq. Bildirdik ki, Xəzər dənizinə təmizlənməmiş çirkab suları atmaq yolverilməzdir.

O dənizdə insanlar çimir, istirahət edir, əhali balıq məhsullarından istifadə edir. Odur ki, obyekt və müəssisə rəhbərləri yeni texnologiyalar quraşdırmalı və tullantıların dənizə axıdılmamasının qarşısını almalıdırlar. Bu məsələdə bələdiyyələr də çox çalışmalıdır.

Çünki həmin obyektlər onların nəzarət etdiyi ərazidə fəaliyyət göstərir. Niyə bələdiyyələr bu obyetlərin sahiblərinə işlərinin düzgün qurulmasında nəzarət etmək istəmir? Birgə tədbirlərlə bu məsələdə daha tez müsbət nəticə əldə etmək olar”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 558 01.11.19 15:19