Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:24 Bakıda ilk: Avtobuslar üçün ayrıca işıqforlar quraşdırılacaq | 13:22 Azərbaycan nefti ucuzlaşıb | 13:21 Qısqanclıq zəminində həyat yoldaşını döyən şəxs cərimələndi | 13:20 Təhsilə xərclənTəhsilə xərclənən milyardlar - Rəsmi rəqəmlər açıqlandıən milyardlar - Rəsmi rəqəmlər açıqlandı | 13:07 Gürcüstanda keçmiş arvadını öldürtmək üçün killer tutan azərbaycanlı siyasətçi həbs edildi | 13:02 Rəsmi Bakıdan Fransaya etiraz: "Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinin" | 12:50 Gülarənin qətli əvvəlcədən planlaşdırılmışdı? - VİDEO | 12:28 Şahzadə Harri Rusiyaya qarşı döyüşməyə hazır olduğunu bəyan etdi | 12:14 Təbrizdə silahlı insident: Azərbaycanlı hakim və ailə üzvləri qətlə yetirildilər | 12:11 Sənədsiz evlərin sahiblərini hansı problemlər gözləyir? – AÇIQLAMA | 12:05 "GTA 6"nın qurucusu Alim Qasımovun ifasını necə tapıb? | 12:03 Paytaxtda bəzi yollar bağlanacaq - Səbəb | 11:57 Məleykə Abbaszadə DİM-dən getdi, rektor təyin olundu - Sərəncam | 11:46 Deputatdan pabda oxuyan Xalq artistinə: "Sənətini harada gəldi nümayiş etdirməməlidir" | 11:43 Nərman Qocatürkün meyiti tapıldı | 23:04 Sabah bəzi ərazilərdə qaz olmayacaq | 22:49 “Polat Alemdar” ekranlara qayıdır? | 22:41 Rusiya Odessanı vurdu: Ölənlər var | 22:35 Azərbaycan dili və informatika dövlət qulluğu imtahanından çıxarılır? - RƏSMİ AÇIQLAMA | 22:27 "iPhone" adındakı “i” hərfinin mənası nədir? – Stiv Cobsun maraqlı seçimi |
Mojo.az Avto
Mojo.az Avto

Mərkəzi Bank rəsmisi kriptovalyutaların əsas risklərini açıqladı

01.11.2019 15:12 3 718
Mərkəzi Bank rəsmisi kriptovalyutaların əsas risklərini açıqladı
Gələcəkdən asılı olaraq biz də adekvat addımlar atacağıq.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin birinci müavini Alim Quliyev deyib.

Onun sözlərinə görə, bu gün bir çox mərkəzi banklar kriptovalyutalarla bağlı izləyici mövqedədir.

“Kriptovalyutalarla bağlı əsas problem onun emissiya edən mərkəzin olmamasıdır, yəni onlar tənzimlənmir. Burada da çirkli pulların yuyulması kontekstində risklər var. Amma buna baxmayaraq, qlobal səviyyədə bu tendensiya gedir.

AMB olaraq biz də bu trendləri yaxından izləyirik. Həm də onun qanunvericilik bazası olmalıdır. Gələcəkdən asılı olaraq, biz də öz adekvat addımlarımızı atacağıq. Yəni bu, daim AMB-nin diqqət mərkəzində olan prosesdir, amma hələlik bu istiqamətdə konkret addımın atılması gözlənilmir”.
/oxu.az/

Son xəbərlər