Nizami və Binəqədi rayonlarında avtomobil qaçıranlar tutulub » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Nizami və Binəqədi rayonlarında avtomobil qaçıranlar tutulub

Median.Az xəbər verir ki, Nizami RPİ 24-cü polis şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayon sakini X.Mehdizadəni saxlayıblar. Məlum olub ki o, oktyabrın 30-da Q.Qarayev prospektində Beyləqan rayon sakini İ.Fərəcovanın “Mercedes” markalı avtomobilini qaçırıb. Qeyd edib ki, əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Nərimanov rayonu ərazisində əzilmiş vəziyyətdə tapılıb.

Məlum olub ki, X.Mehdizadə sərxoş vəziyyətdə olub.

Bundan başqa, Binəqədi RPİ 6-cı polis bölməsinə müraciət edən Abşeron rayon sakini A.Alməmmədov oktyabrın 29-da Sulutəpə qəsəbəsinin ərazisindən “Daewoo” markalı avtomobilinin qaçırılmasını bildirib.

Keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün Qaradağ rayonunun Lökbatan qəsəbəsində tapılıb, nəqliyyat vasitəsini qaçıran əcnəbi vətəndaş R.Şaxməmmədov saxlanılıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 144 01.11.19 13:14