Hava şəraitinə görə, cənub bölgəsinin bəzi kəndlərində elektrik problemi yaranıb » Median.Az - Bütün xəbərlər bir ünvanda


Hava şəraitinə görə, cənub bölgəsinin bəzi kəndlərində elektrik problemi yaranıb
Havaların kəskin dəyişməsi nəticəsində cənub bölgəsində günün ikinci yarısında intensiv yağışlar səbəbindən Lənkəran şəhərinin mərkəzində 1-ci mikrorayon Zərifə Əliyeva küçəsi 78 ünvanında yerləşən 10,13,14 və 16-cı binalarda elektrik verilişində fasilələr yaranıb.

Rayonun Separadi kəndində də sakinlər işıqsız qalıb. “Azərişıq” ASC-nin Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsindən aldığımız məlumata görə, hazırda həmin ərazilərdə təmir və bərpa işləri aparılır.

Qeyd edək ki, hazırda qeyri-sabit hava şəraiti höküm sürür.
/oxu.az/скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          667 01.11.19 11:49