Qazaxda diqqətsizlik ucbatından 2 yaşlı uşaq ağır yanıq xəsarətləri alıb.
Hadisə rayonun özündə baş verib. Belə ki, G.Kərimovanın üzərinə qaynar su tökülüb. Nəticədə uşağın bədəninin müəyyən hissəsi yanıb.
Qazax rayon Diaqnostika Mərkəzinə yerləşdirilən uşağın vəziyyəti orta-ağır kimi qiymətləndirilir. İlkin məlumatlara görə, hadisə uşağın anası M.Kərimovanın ehtiyatsız davranması nəticəsində baş verib.
/oxu.az/