Babək prospektində yenidən qazıntı işləri aparılacaq? — Rəsmi açıqlama » Median.Az - Bütün xəbərlər bir ünvanda


Babək prospektində yenidən qazıntı işləri aparılacaq? — Rəsmi açıqlama
"Azərsu" ASC Babək prospektində qazıntı işlərinin aparılacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Median.Az
xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı yayılan məlumatın əsassız olduğunu qeyd edib.
"Bu gün sosial şəbəkələrdə, bəzi saytlarda, 90 FM - İctimai radioda Babək prospektində "Azərsu" ASC tərəfindən su xətlərinin çəkilməsi ilə əlaqədar prospektin yenidən qazılacağı barədə dəqiqləşdirilməmiş məlumat yayılıb. Rəsmi olaraq bildirirk ki, bu yalan məlumatdır və prospektdə yeni su xətlərinin tikintisi nəzərdə tutulmur", - deyə, A.Cəbrayıllı bildirib. (azxəbər.com)скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          476 31.10.19 23:41