Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Median.Az report-a istinadən xəbər verir ki, hadisə Sabirabad kəndində qeydə alınıb.
İlkin məlumata görə, minik avtomobilinin aşması nəticəsində kənd sakinləri - 1968-ci il təvəllüdlü Həsənov Azər Tapdıq oğlu və 1983-cü il təvəllüdlü Ələkbərov Ramil Adil oğlu xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.