Bu gün saat 17:40-dan etibarən mindən çox abonentin qaz təchizatında fasilə yaranıb.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Məlumata görə, fasilənin yaranmasına səbəb Mingəçevir şəhərində F.Əzimov küçəsini qazla təmin edən 108 millimetrlik qaz xəttində baş verən qəza səbəb olub. Belə ki, sözü gedən qaz xəttini traktorla vurub qırıblar.//Baku.ws