Səfirlik: Üçüncü qüvvələr Azərbaycan və Rusiyanın arasını vurmağa çalışır » Median.Az - Bütün xəbərlər bir ünvanda


Səfirlik: Üçüncü qüvvələr Azərbaycan və Rusiyanın arasını vurmağa çalışır
Azərbaycanın Rusiyadakı səfirliyi bu ölkədə yaradılan Ümumxalq Rifahı Naminə Təşkilatı (V.B.O.N) barədə bəyanat yayıb.

Səfirlikdən APA-nın Moskva müxbirinə verilən məlumata görə, bəyanatda sosial şəbəkələrdə və mətbuat səhifələrində üzvlərinin guya millətçi və hətta terrorçu olması barədə yazılan təşkilat barədə aparılan kampaniyanın antiazərbaycan qüvvələri tərəfindən yönləndirildiyi, Rusiyadakı azərbaycanlıların qaralanmasına, millətlərarası, konkret olaraq ruslarla azərbaycanlılar arasında qarşıdurmanın qızışdırılmasına istiqamətləndiyi bildirilib.

"Baş verənlərin xronologiyası onu deməyə əsas verir ki, məlum kampaniyaya start məhz Azərbaycan prezidenti İlham Əliyevin "Valday" Beynəlxalq Diskussiya klubunun XVI illik toplantısının plenar sessiyasında məşhur çıxışından, eləcə də MDB dövlət başçılarının Aşqabadda keçirilən iclasında nasist Qaragin Njde barəsində çıxışından sonra verilib. Hamımız millətçi düşüncə və baxışların nəticələrinə, eləcə də onların dünyaya gətirə biləcəyi faciələrə şahidik. Ona görə də, Azərbaycan və Rusiya çox millətli dövlətlər kimi bu cür təzahürlərə xüsusi ehtiyatla yanaşır və onların kökünü kəsir. Bizim ölkələrimizdə milliyyətçi baxışlara yer yoxdur. Hər iki ölkədə yüz illər boyu müxtəlif millətlərin və konfessiyaların nümayəndələri dinc şəraitdə yaşayırlar. Bu gün Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlər strateji səviyyəyə çatıb. Bütün sahələrdə əlaqələr aktiv inkişaf edir. Əlbəttə ki, bu, üçüncü qüvvələri qane etmir, hansılar ki, hər cür yolla Rusiya-Azərbaycan münasibətlərinə mane olmağa, rus və Azərbaycan xalqlarının arasını vurmağa çalışırlar. Diqqətinizə çatdırırıq ki, Rusiya hüquq-mühafizə orqanları artıq bu qüvvələrlə məşğuldurlar və bu qüvvələrin səyləri əbəsdir. Tolerantlıq azərbaycanlılar və rusların həyat tərzidir. Bu kampaniyanın mahiyyətini başa düşmək və onun zərərli təsirinə düşməmək üçün kifayət qədər müdrikik. Məlum olmayan müəlliflər tərəfindən sosial şəbəkələrə yerləşdirilmiş videolara gəldikdə isə, hesab edirik ki, onların etibarlılığı müvafiq hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır, günahkarlаr isə Rusiya qanunvericiliyi çərçivəsində cəzalarını almalıdırlar. Eyni zamanda Rusiya cəmiyyətində guya azərbaycanlıların ruslara qarşı dözümsüz olduğu fikrini formalaşdırmaq məqsədi daşıyan bu cür video materialların sosial şəbəkələrə yerləşdirilməsini qınayırıq”, - deyə bəyanatda qeyd olunub.

Səfirlik bütün soydaşlarımızı ayıq olmağa və Rusiyada yaşayan azərbaycanlıların imicinə xələl gətirə biləcək hər hansı bir təxribata uymamağa çağırıb.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          511 31.10.19 20:33