Mədəniyyət Nazirliyi: Bakının brendləşdirilməsi istiqamətində xüsusi iş aparılacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda


Mədəniyyət Nazirliyi: Bakının brendləşdirilməsi istiqamətində xüsusi iş aparılacaq
Bakı şəhərinin UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə qoşulması münasibətilə Bakınn brendləşdirilməsi istiqamətində xüsusi iş aparılacaq.

Median.Az
-ın oxu.az-a istinadən məlumatına görə, bunu Bakının UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edilməsinə həsr olunan brifinqdə Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini, Beynəlxalq əlaqələr və innovativ əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə deyib.

Onun sözlərinə görə, bu brendləşmə ölkəmizə gələcək turist sayına təsir edəcək:

“Həmçinin ölkəmizdə yaradıcı mühiti təşviq edəcək. Burada əsas faktor insan zəkasıdır”.

Vasif Eyvazzadə əlavə edib ki, hazırda Bakının Baş Planı hazırlanır:

“Növbəti illərdə Bakıda kreativ mərkəzin formalaşdırılması üçün bütün tədbirləri həyata keçirəcəyik. Hesab edirik ki, bu layihələr Bakının yaradıcı şəhər kimi statusunun möhkəmlənməsinə təsir göstərəcək.

Cənubi Qafqaz regionunda yalnız Bakı və Şəki şəhərləri bu siyahıya salınıb. Gələcəkdə də başqa şəhərlərimizi də ədəbiyyat, musiqi şəhəri kimi UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə cəlb etmək üçün bütün işlər görəcəyik. Amma hələlik bu şəhərlərin adlarını açıqlamaq istəmirik”.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          437 31.10.19 19:11