Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ 1-ci və 4-cü polis bölmələri əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 29-da xətt avtobusunda şəhər sakini Ü.Abdullayevanın, içərisində pul və sənəd olan cüzdanını oğurlayan Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş E.Adıgözəlov saxlanılıb.
Araşdırma zamanı, onun “BMW” markalı avtomobildən, içərisində 750 manat, 110 dollar, bank kartı və telefon aksesuarları olan çanta oğurlaması məlum olub.
Faktla bağlı CM-nin 177.2.2-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.