Şahmat üzrə Avropa çempionatı: Qadın millimiz daha bir sürprizə imza ata biləcəkmi? » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Şahmat üzrə Avropa çempionatı: Qadın millimiz daha bir sürprizə imza ata biləcəkmi?

Gürcüstanın Batumi şəhərində keçirilən şatmat komandaları üzrə Avropa çempionatında bu gün VII tura start veriləcək.

Yeddi xalla turnir cədvəlinin X sırasında olan kişi millimiz bu gün çempionatın gücünə görə XXVIII komandası sayılan İsveçrə ilə qarşılaşacaq.

Keçirdiyi altı partiyada ancaq heç-heçə etməklə yadda qalan Şəhriyar Məmmədyarov bu gün ağ fiqurlarla Zebastian Boqnerlə qarşılaşacaq.

Dünən lider Rusiyanı büdrədən və bununla da III sırada yerini möhkəmlədən qadın millimiz isə bu gün daha bir həlledici görüşə çıxacaq. Doqquz xala malik olan komandamız həm gücünə, həm də hazırkı turnir cədvəlinə görə II sırada olan meydan sahibi Gürcüstanla qarşılaşacaq. Bu görüşdə qazanılan qələbə gürcülərlə xallarımızı bərabərləşdirəcək.
/oxu.az/скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 668 31.10.19 13:38