Bakı “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına düşdü: Mehriban Əliyevadan təbrik - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda


Bakı “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına düşdü: Mehriban Əliyevadan təbrik - FOTO
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Instaqram” səhifəsində Bakı şəhərinin 31 oktyabr - Dünya Şəhərlər Günündə “dizayn” tematikası üzrə UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilməsi ilə əlaqədar paylaşım edib.

Birinci vitse-prezidentin paylaşımında deyilir:

“Təkrarsız tarixi siması qorunaraq müasir memarlıq inciləri ilə daim gözəlləşən Bakı şəhəri 31 oktyabr - Dünya Şəhərlər Günündə “dizayn” tematikası üzrə UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib.

Paytaxtımızın tarixi üçün əlamətdar olan bu hadisə münasibətilə həmvətənlərimi təbrik edirəm, ölkəmizin bütün şəhərlərinə sülh, inkişaf, tərəqqi, mehriban, qonaqpərvər sakinlərinə isə xoşbəxtlik və firavanlıq arzulayıram!”скачать dle 11.3




Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          683 31.10.19 13:13