Median.Az xəbər verir ki, oktyabrın 30-u gecə saat 1 radələrində Qəbələ rayonunun Mirzəbəyli kəndi ərazisində, rayon sakini Hidayət Abdullayev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı ağaca vurub.
Nəticədə sürücü və sərnişini Sərxan Abdullayev hadisə yerində ölüblər.
DİN Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.