Akrobatlarımız Avropa çempionatında medal qazanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda


Akrobatlarımız Avropa çempionatında medal qazanıb
İsrailin Holon şəhərində start götürmüş akrobatika gimnastikası üzrə Avropa çempionatı gimnastlarımız üçün uğurlu başlayıb.

Median.Az
xəbər verir ki, gənclər yaş kateqoriyasında kişi cütlüyü tərkibində çıxış edən Murad Rəfiyev və Daniel Abbasov yarışların bürünc medalını qazanıb.

Balans hərəkətləri proqramında hakimlərdən 28 xal alan gimnastlarımız fəxri kürsünün III pilləsinə yüksəlib. I və II yerləri müvafiq olaraq Böyük Britaniya (28.750) və Rusiya (28.600) gimnastları tutub.

Qeyd edək ki, bugündən etibarən yarışlara böyüklər yaş kateqoriyasında çıxış edən gimnastlarımız da qoşulacaq. Çempionat noyabrın üçü yekunlaşacaq.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          549 31.10.19 11:09