Uşaqlarda HİPERAKTİVLİK - Səbəblər və əlamətlər » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:42 Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin TƏFƏRRÜATI MƏLUM OLDU - YENİLƏNİB  |     11:31 Sumqayıt sakini: “Gözümüzü açıb belə görmüşük, məcbur olub taksidən istifadə edirik” - VİDEO  |     11:25 Bakıda restoran sahibləri cəzalandırıldılar  |     11:18 Argentina iranlı nazirin həbsini tələb edir  |     23:00 Rusiyada müdafiə nazirinin müavini saxlanıldı  |     22:55 Bu ərazilərdə qaz olmayacaq  |     22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |    

Uşaqlarda HİPERAKTİVLİK - Səbəblər və əlamətlər

Median.Az saglamolun.az-a istinadən psixoloq Vüsalə Hüseynovanın yazısını təqdim edir.

Hiperaktivlik uşağın yaş və inkişaf səviyyəsinə uyğun olmayan aşırı hərəkətlilik, istəklərini ərtələyə bilməmə (impulsivlik) və diqqət yayınıqlığı ilə müşahidə olunan psixoloji problemdir.

Başlama yaşı 3-4 yaş olaraq görülsə də, əlamətlər daha erkən vaxtlarda özünü göstərə bilir. Hələ körpəlik dövründən uşağın az yatması, narahatlığı, tez-tez ağlaması hiperaktivliyin ilkin göstəricilərinə misal ola bilər.

Oğlanlarda qızlara nisbətən 3-4 dəfə daha artıq müşahidə olunur.

Hiperaktivliyin hansı səbəblərdən yaranması elmə hələ tam aydın olmasa da, bununla bağlı müəyyən fikirlər mövcuddur.

Genetik yolla ötürülmə: Hiperaktiv uşaqların birinci dərəcəli qohumlarında da bu tip əlamətlər görülməkdədir. Ailə ilə bağlı edilən araşdırmalarda üzə çıxan nəticələr onu göstərir ki, hiperaktiv uşaqların ata-analarında bu əlamətlərin görülmə ehtimalı 2-8 dəfə , bacı-qardaşlarında isə başqa uşaqlarla müqayisədə 2-3 dəfə daha çox rast gəlinir. Həmçinin əkizlər üzərində aparılan tədqiqatlarda eyni yumurta əkizində problemin cüt görülmə ehtimalı 80-90%, fərqli yumurta əkizlərində isə 30%-dir.

Mühitin təsiri: Birbaşa olaraq hiperaktivliyə səbəb olmasa da, genetik yatqınlığı olan şəxslərdə bu problemin üzə çıxmasına şərait yaradır. Bu təsirlərə ailənin quruluşu, keçirdiyi travmatik hadisələr, doğum öncəsi (hamiləlik dönəmində ananın keçirdiyi stress, istifadə etdiyi zərərli maddələr), doğum anı (ərkən doğum) və doğum sonrasında (keçirdiyi xəstəliklər, istifadə etdiyi dərmanlar və s.) baş verən müəyyən hadisələr aiddir.

Hiperaktivliyin əsas göstəriciləri aşırı hərəkətlilik, diqqət yayınıqlığı və impulsivlikdir (istəklərinə, danışığına və hərəkətlərinə nəzarət edə bilməmə). Bəzi uşaqlarda bunların ikisi qabarıq görüldüyü halda (məsələn, diqqət dağınıqlığı ilə hərəkətlilik və ya impulsivliklə hərəkətlilik), bəzi qismində 3-cü dərəcəli hiperaktivlik adlandırdığımız ən ağır forma impulsivlik, diqqət yayınıqlığı və hərəkətliliyin üçü birgə görülür.

Hiperaktivliyin əsas əlamətləri:

- çox ağlamaq,

- az yatmaq,

- yatılı vəziyyətdə də çox hərəkət etmək,

- oturmağı sevməmək, otursa belə, əlini- ayağını oynatmaq,

- nəticəni düşünmədən özünü təhlükəyə atmaq,

- evdə divanın üstündə gəzmək,

- diqqətini bir işə və ya dərsə verə bilməmək,

- başqa uşaqları itələmək, vurmağı sevmək,

- tez həyəcanlanmaq və əsəbləşmək.

Hiperaktivlik yeniyetməlik və yetkinlik dönəmində aşırı hərəkətliliklə müşahidə olunmasa da, uşaqlıqda düzgün korreksiya olunmayıbsa və sağlıqlı ailə ortamı yaradılmayıbsa, diqqət yayınıqlığı, qərarsızlıq, depressiyaya meyillilik, bir yerdə qərar tuta bilməmə, unutqanlıq kimi hallar özünü göstərə bilər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 471 30.10.19 23:00